Çempionlar Liqası: "Ayaks", "Brügge" və "Slaviya" qrup mərhələsində!

Bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinə yekun vurulub.

 

Sportal.az xəbər verir ki, qrup mərhələsinə son üç vəsiqənin sahibi müəyyənləşib.

 

"Qarabağ"ı III raundda mübarizədən kənarlaşdıran Kipr APOEL-i səfərdə Hollandiya çempionu "Ayaks"la üz-üzə gəlib. Amsterdam klubu 2:0 hesablı qələbə ilə qrup mərhələsinə yüksəlib.

 

Çempionlar Liqası

Pley-off mərhələsi, cavab oyunları

 

“Brügge” (Belçika) – LASK (Avstriya) - 2:1

Qollar: Hans Vanaken, 70, Emmanuel Dennis, 89 - Joao Klauss, 74 (pen.)

Qırmızı vərəqə: Genot Tranve, 81 (LASK)

İlk oyun - 1:0

 

“Slaviya” (Çexiya) – ÇFR (Kluj, Rumıniya) - 1:0

Qol: Yan Boril, 66

İlk oyun - 1:0

 

“Ayaks” (Hollandiya) – APOEL (Kipr) - 2:0

Qollar: Edson Alvares, 43, Duşan Tadiç, 80

İlk oyun - 0:0

Tarix: 29 Avqust [00:56]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio