Qadın voleybolçular arasında Avropa çempionatı davam edir.
Sportal.az xəbər verir ki, ilk dəfə 24 komandanın iştirakı ilə keçirilən və tarixdə birinci dəfə 4 ölkədə təşkil olunan yarışda Azərbaycan millisi 4-cü görüşünə çıxıb.
Oyunları Macarıstanda keçirilən C qrupunda qüvvəsini sınayan Covanni Kapraranın yetirmələri bu gün Estoniya ilə üz-üzə gəlib. İlk 3 turda 5 xal toplayan milli autsayder Estoniya ilə tay-brekə qədər uzanan görüşdən qələbə ilə ayrılıb.
Bu qələbə sayəsində Azərbaycan yığması son turun nəticəsindən asılı olmayaraq, qrupda ilk dördlüyə düşməyi, dolayısı ilə pley-offa vəsiqəni təmin edib.
Qrupun digər görüşündə Xorvatiya Macarıstanı üstələyib - 3:0.
Qrup mərhələsində ilk 4 yeri tutacaq komandalar 1/8 finala vəsiqə qazanacaq. Çempionatda ilk 7 yerin sahibləri Avropa Olimpiya Təsnifat Turnirinə vəsiqə əldə edəcək. Yarışın qalibi isə Tokio-2020 Yay Olimpiya Oyunlarına lisenziya qazanacaq.
Avropa çempionatı
Qrup mərhələsi, IV tur
28 avqust
Azərbaycan - Estoniya - 3:2 (25:20, 18:25, 25:22, 22:25, 15:11)