"Zirə"nin "Sabah"la beşinci dueli

Bu həftə Azərbaycan Premyer Liqasında III turun oyunları keçiriləcək.

 

Sportal.az xəbər verir ki, “Zirə” “Sabah”la görüşəcək. Bu, iki komanda arasında ölkə çempionatlarındakı 5-ci matç olacaq.


“Qartallar” “Sabah”la yalnız ötən mövsümdə üz-üzə gəlib. Həmin çempionatda rəqiblər 4 dəfə qarşılaşıblar. “Zirə”nin ev oyunlarında 2, səfər matçlarında 3 qol qeydə alınıb.

 

"Zirə" bu görüşlərdə 1 qələbə qazanıb və 3 dəfə uduzub. 4 qol vuran komanda 6 top buraxıb. Evdəki qarşılaşmalarda xal qazanmayan “Qartallar” qol da vurmayıb.

 

Avqustun 31-də Zirə İdman Kompleksinin stadionundakı oyun komandamızın “Sabah”la 3-cü ev görüşü olacaq.

 

Bu duellərdə yeganə böyükhesablı qələbə “Zirə”nin hesabındadır. Qəsəbə təmsilçisi son görüşdə rəqibinin qapısından üç cavabsız top keçirib. Komandanın bu oyunlardakı bombardiri Xulio Sezar Rodriqes həmin matçda dubla imza atıb.


“Zirə”nin mövsümdəki ilk ev oyunu saat 20:30-da başlayacaq.

 

“Zirə” – “Sabah”: Bütün oyunlar

 

2018/19 mövsümü

 

25.08.2018. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 2, 30

 

27.10.2018. “Sabah” – “Zirə” – 2:1
Məqsəd İsayev, 45+1; Cavid İmamverdiyev, 90+2 // Tellur Mütəllimov, 73

 

02.02.2019. “Zirə” – “Sabah” – 0:2
Marko Deviç, 47 (p.); Rəşad Eyubov, 68

 

11.05.2019. “Sabah” – “Zirə” – 0:3
Xulio Sezar Rodriqes, 38, 81; Robin Nqalande, 69

Tarix: 30 Avqust [14:52]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Sentyabr 2019
19  Sentyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio