Avropa Liqasının 25 futbolçusundan biri: Rəşad Sadıqov!

12:02 - 31 Avqust 2019

“Qarabağ”ın kapitanı Rəşad Sadıqov UEFA Avropa Liqasının (Əvvəlki adı UEFA Kuboku – red.) ən çox oyun keçirən futbolçuları siyahısındadır.

 

Sportal.az xəbər verir ki, təsnifat mərhələləri də daxil olmaqla nəzərə alınan statistikada Sadıqov 23-26-cı yerlərə şərikdir. Salim Toama, Yoris Matiysen, Aleksandr Anyukov və Martin Şkrtel də eyni göstəriciyə malikdir.

 

2001-ci ildə bu turnirdə debüt edən Sadıqov 62 matçın 57-ni “Qarabağ”, 4-nü “Neftçi”, 1-ni "Kayserispor"da (Türkiyə) keçirib.

 

Kapitan qrup mərhələsinin 6 oyununda da meydana olsa, ilk “15-liy”ə düşə bilər. Turnir tarixinin ən çox oyun keçirən futbolçusu “İnter”in əfsanəvi müdafiəçisi Cüzeppe Berqomidir. O, 96 matçda iştirak edib.

Xəbər xətti