"Milli komandanın üzvü belə hərəkət etməməli idi" - Premyer Liqada üçüncü turun TƏHLİLİ

12:42 - 2 Sentyabr 2019

Azərbaycan Premyer Liqasında üçüncü tur arxada qaldı.

 

Tura Qəbələdə start verildi. İlk iki turda uduzmuş şəhərin eyni adlı təmsilçisi "Keşlə"yə 0:3 hesabı ilə uduzdu.

 

"Zirə" evdə "Sabah"la "sülh" bağladı - 1:1. "Neftçi" ilk qələbəsini "Sumqayıt" üzərində əldə etdi - 2:1. Səfərdə "Səbail"i 4:0 hesabı ilə məğlub edən "Qarabağ" vahid lider oldu.

 

İdman jurnalisti İlqar Tağıyev Sportal.az saytı üçün Premyer Liqanın üçüncü turunu dəyərləndirib:

 

“Zirə” – “Sabah” oyunu hər iki komanda üçün vacib idi. Fasilə ərəfəsində komandalar xal ehtiyatlarını artırmaq istəyirdilər. Baş məşqçilər və futbolçular bunu yaxşı başa düşürdü. Bundan başqa, çempionata yaxşı başlamayan qonaqlar qalıb gəlməklə uğursuzluğa son qoymaq əzmindəydilər.

 

 

 “Sabah” ilk dəqiqələrdən oyuna dominantlıq edib, qol vurmağın yollarını axtarırdı. “Zirə” isə rəqibi özünə çəkməklə əks-hücumlara çıxmaq istəyirdi. Davamlı olaraq əks-hücumlarda oynayıb, qapını toxunulmaz saxlamaq çətin olur. Buna uyğun olaraq, “Sabah” ilk hissənin ortalarında rəqib müdafiəçilərin səhvindən sonra qol vurdu.

 

 

Qoldan sonra gözlənən o idi ki, “Sabah” hücumlarının kəsərini artıracaq və hesabdakı üstünlüyünü möhkəmləndirməyə çalışacaq. Lakin əksini gördük. “Sabah” qapısına qapandı. Bundan istifadə edən “Zirə” rəqibi qapısına doğru sıxdı və qol vurmağa çalışdı. İlk hissədə “Zirə” qol vura bilməsə də, fasilədən sonra Təmkin Xəlilzadənin əllə oynaması “Sabah”ın qapısına penalti təyin edilməsi ilə nəticələndi. Cavid Hüseynovun bu şansı əldən verməsi komandanı ruhdan salmadı. Komanda kapitanın arxasında dayandığını və ona daha da inandıqlarını göstərmək üçün hücumlara davam etdi.

 

 

"Sabah” ikinci hissədə əks-hücumlarda oynamaq istəyirdi. Rəşad Eyubovla Coşqun Diniyevin ötürmələrindəki qeyri-dəqiqlik komandanın əks-hücumlara çıxmasına mane olurdu. Oyunun sonlarında Cavid Hüseynov, Şafik Tiqrudja və irəlidə Soni Nordenin aktivliyi öz bəhrəsini verdi. Hər iki komanda yekunda bir xala kifayətləndi.

 

 

Samir Abasov oyunu tam oxumuşdu. Tam qapanmış rəqibə cinahlardan hücum təşkil etməklə qol vurmaq olardı. Əvəzləmələr özünü doğrultdu. Xulio Sezar, Bəxtiyar Həsənalızadə və Kqasvanenin oyuna qoşulması kritik müdaxilələr oldu. Kqasvanenin meydana çıxmasından sonra “Sabah”ın sağ cinahdakı boşluğunda təzyiq daha da artdı. Qol da həmin cinahdakı keçiddən sonra oldu.

 

 

Oyundan əvvəl “Neftçi”nin üzərində olan təzyiq açıq-aşkar hiss olunurdu. Ardıcıı uğursuzluqlar klubun düşərgəsində gərginliyə səbəb olmuşdu. Bu oyunda qələbə qazanmayacağı təqdirdə vəziyyət daha da kritikləşə bilərdi. Vəziyyəti “yumşaltmaq” üçün "Neftçi"yə qələbə çox vacib idi. 

 

 

Matçın əvvəlində düşünmək olardı ki, “Neftçi”nin asan qələbə qazanacaq. Komanda “Sumqayıt”ı cərimə meydançasına sıxışdırıb, erkən qollarla oyunu sakit məcrada keçirmək istəyirdi. Zaman keçdikcə “Neftçi” qol vura bilmirdi və “Sumqayıt”ın əks-hücumlarından sonra komandada əsəbilik hiss olunurdu. Səlahət Ağayevin yersiz hərəkəti komandaya ağır nəticə verə bilərdi. Adi vəziyyətdə onun səhvindən komandasının qapısına penalti təyin edildi. Qeyd edək ki, referi Səbuhi Bayramov bu epizodda qaydalara uyğun olaraq penalti nöqtəsini göstərdi.

 

 

“Sumqayıt” hesabda önə keçdikdən sonra daha da sıx oynamağa başladı və rəqibi əks-hücumlarda yaxalamağa çalışdı. “Neftçi”də oyun qurucusunun olmaması komandaya problem yaradır. Komandanın qapanmış rəqibə qarşı oyunu alınmır. İkinci hissədə Rəhman Hacıyev meydana daxil olduqdan sonra Emin Mahmudova mərkəzdə çox kömək etdi. Bu da hücumlarda kəsəri artırırdı. 64-cü dəqiqədə “Sumqayıt”ın cərimə zərbəsindən sonra topu kortəbii şəkildə uzaqlaşdırmaq istədiyi anda Emin Mahmudov sona qədər mübarizə apardı və hesabı bərabərləşdirdi.

 

 

“Sumqayıt” bir xala razılaşmışdı. Sona qədər oyunu belə aparmaq istəyirdilər. Namiq Ələsgərovun oyuna qoşulmasından sonra “Neftçi” daha da aktivləşdi. Bu aktivlikdən sonra Monroz ikinci qolu vurdu.

 

 

Oyunun sonlarında isə xoşagəlməz anlar futbol adına yaraşmadı. Milli komandanın üzvü olan Anton Krivotsyuk belə hərəkət etməməli idi. Hər iki komandanın baş məşqçisi bu barədə danışdı. Milli üzvü olsa da, olmasa da, futbolçu heç vaxt meydanda qeyri-etik hərəkətlərə yol verməməlidi.

 

 

“Sumqayıt”da əzmkarlıq var idi. Gənc və təcrübəli futbolçuların vəhdət təşkil etdiyi kollektivdir. Mehriban komanda olduğu hiss olunur.  Ayxan Abbasov 3-4-3 taktiki sxeminə uyğunlaşmış yaxşı kollektiv formalaşdırıb. Meydanın mərkəzində pleymeyker funksiyasını tam şəkildə yerinə yetirən futbolçusu olmasa da, Ayxan Abbasovun komandası uzun və qayıdan toplardan sonra yaxşı hücumlar təşkil edir. Bu ba məşqçi işinin olmasını göstərir.

 

 

“Keşlə”nin “Qarabağ” və “Sabah”la oyunlarından sonra yaxşı formada olduğu görünürdü. Tərlan Əhmədov yayda yaxşı heyət formalaşdırıb. Təcrübəli futbolçuların gəlişi komandaya xeyri oldu. Ötən tur qırmızı vərəqə alan Sezar Meza Kolli oynamasa da, “Keşlə” üstün tərəf idi. “Qəbələ”də komanda şəklində oyun zəifdir. Son dörd oyunda məğlubiyyət, qol vurmamaq və taktiki planda axsamalar komandada böyük problemlərin olmasını göstərirdi.

 

undefined

 

Buna baxmayaraq, 0:4 hesablı məğlubiyyət gözlənilməz oldu. “Keşlə” bütün komponentlərdə “Qəbələ”ni üstələdi. Komandanın üç qolu sağ cinahdan və əks-hücumdan sonra gələn həmlələrdən sonra gəldi. Tərlan Əhmədov rəqibi yaxşı incələməşdi və “Qəbələ”ni zəif nöqtlərindən vura bildi.

 

Image may contain: 3 people, people smiling, outdoor

 

Nəticədə Sənan Qurbanov istefa verdi. Fikrimcə, Qurbanovun istefası “Dinamo” (Tbilisi) ilə Avropa Liqasının oyunlarından sonra reallaşsaydı, daha məntiqli olardı. “Qəbələ”nin uğursuz çıxışının çempionatda da davam edəcəyi sezilirdi. Bəlkə də ona I dövrənin sonuna kimi şans vermək olardı. “Qəbələ” rəhbərliyi də istefanı qəbul etdi.

 

undefined

 

Komandaya kim gələcək? Maraqlı sualdır. Deyilənlərə görə, Ramin Quliyev yeni baş məşqçi təyin ediləcək. Onun “Qəbələ”ni bu vəziyyətdən çıxarıb-çıxarmayacağı isə sual olaraq qalır.

 

Bu oyunda Tural Bayramlını da qeyd edərdim. Onun aktivliyi nə vaxtsa özünü göstərməli idi. Ötən turda da yaxşı iş görmüşdü. Bu dəfə isə qolunu vurdu. Yeni gənc futbolçuların gəldiyini deyə bilərik. Hər klubda belə gənclər var. Sadəcə onların inkişafında diqqətli olmaq lazımdır. Əfran İsmayılovun liderlik keyfiyyəti var. Oyunu öz üzərinə götürməyi bacarır. Buna görə də Tərlan Əhmədov onu oynatmaq istəyir. 

 

undefined

 

“Səbail” – “Qarabağ” oyunu qonaqların üstünlüyü ilə keçdi. Bu da gözlənilən idi. Oyunun ikinci dəqiqəsində vurulan qol “Səbail”i demək olar ki, ruhdan saldı. İsmayıl İbrahimli oyundan oyuna “Qarabağ” kimi komandada öz oyununu tapır. Gənc hücumameyilli azərbaycanlı futbolçu vurduğu qollarla bombardirliyi ələ keçirib. Bu da sevindirici haldır. İsmayıl bu tempdə davam etməlidir və daha yaxşı olmalıdır.

 

Image may contain: 3 people, people playing sports and outdoor

 

Ağabala keçmiş komandası ilə oyunda çalışdı ki, özünü göstərsin, qol vursun. Qismən bu, onda alındı. Son vaxtlar Mirsahib Abbasovun oyunu heç alınmır, “Səbail”ə gözlənilən köməyi edə bilmir. 

 

Mehman Əşrəfov

Xəbər xətti