Asmir Beqoviç: "Qarabağ"la bu tarixin bir hissəsi olmaq istəyirəm" - MÜSAHİBƏ

13:08 - 3 Sentyabr 2019

“Qarabağ”ın yeni transferi Asmir Beqoviç futbolinfo.az saytına müsahibə verib.

 

Sportal.az 32 yaşlı bosniya və herseqovinalı qolkiperin müsahibəsini təqdim edir:
 
- Niyə “Qarabağ”ı seçdin?
- Mən meydanda olmaq, oynamaq istəyirdim. Ciddi bir kluba keçmək niyyətim var idi. “Qarabağ” həm ciddi klubdu, həm də Avropada uğurları var. Mütəmadi olaraq, qitənin nüfuzlu turnirlərində iştirak edir. Onlar Avropa Liqasında yüksək nəticələr qazanmaq istəyirlər. Mən də onlarla bu tarixin bir hissəsi olmaq istəyirəm.
 
- Avropa Liqasında “Qarabağ”ın yer aldığı qrupdan xəbərin var?
- Bəli, xəbərim var. “Sevilya” hər kəsə bəllidir. APOEL güclü komandadır. Onlar “Ayaks”a qarşı yaxşı çıxış etdilər. “Düdelanj” böyük iş görüb. Bizi asan oyunlar gözləmir. Çox çətin qarşılaşmalar keçirəcəyik.
 
- “Qarabağ”a keçərkən Şehiçdən məsləhət aldınmı?
- İbrahim Şehiçlə danışmadım. Çünki hər şey çox sürətli baş verdi. Amma “Qarabağ” və Azərbaycan haqqında bir neçə dostumdan məsləhət aldım. Hər kəs müsbət şeylər söylədi.
 
- Bosniya və Herseqovina millisinə dəvət almırsan. Bu, oyununa təsir edəcəkmi?
- Dəvət almıram, amma bu, son demək deyil. Ümid edirəm ki, “Qarabağ”la Avropada uğurlu çıxışımdan sonra yenidən dəvət alacam. Bunun üçün çalışacam.

Xəbər xətti