"Mançester Siti"nin futbolçusu əməliyyat edildi

17:50 - 4 Sentyabr 2019

İngiltərənin “Mançester Siti” klubunun müdafiəçisi Emerik Lyaport əməliyyat olunub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, Premyer Liqanın 4-cü turunda "Brayton"la oyunda zədələnən “şəhərlilər”in futbolçusu dizindən əməliyyat edilib.

 

25 yaşlı fransalı futbolçunun ilin sonuna qədər oynamayacağı gözlənilir. 

Xəbər xətti