"Ramilə bir qol lazımdır" - "Dinamo"nun idman direktoru

13:25 - 5 Sentyabr 2019

Rusiyanın "Dinamo" klubunun idman direktoru Roman Oreşuk sport.24.ru-ya müsahibə verib.

 

Sportal.az xəbər verir ki, Moskva təmsilçisinin rəsmisi Azərbaycan millisinin hücumçusu Ramil Şeydayev haqda da danışıb. O, 23 yaşlı forvarda inandıqlarını bildirib:

 

"Deməzdim ki, Ramil Şeydayev potensialına görə digər futbolçulardan geri qalır. Lutsenko və Markovun qol vurmaqlarına şadam. Ramilə isə bir qol lazımdır ki, davamı gəlsin. Özünüz də Şeydayevin necə narahat olduğunu görmüsünüz. Biz Ramilə inanırıq. O, "Dinamo"da qollarını vuracaq. Bunun üçün onun imkanları var. Sakitləşməli, özünə gəlməli və düşünməlidir. Belə olanda qollar gələcək".

 

Ramil bu mövsüm altı oyuna bir assist edib. Milli üzvü son iki oyunda meydana çıxmayıb.

Xəbər xətti