Donald Gerye rəsmən "Neftçi"də

20:37 - 5 Sentyabr 2019

"Neftçi” daha bir transferini rəsmiləşdirib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, haitili futbolçu Donald Gerye ilə 1+1 il müddətinə müqavilə bağlanıb. 30 yaşlı yarımmüdafiəçi komandanın heyətində 77 nömrəli formanı geyinəcək.

 

Son klubu "Qarabağ” (2017-2019) olan Gerye Haitinin "Violett” (2009-2011), "Amerika de Ke” (2011-2013), Polşanın "Visla” Krakov (2013-2016) və Türkiyənin "Alanyaspor” (2016-2017) komandalarında çıxış edib. Azərbaycan çempionatının qalibi (2018, 2019) olmuş futbolçu Haiti milli komandasının heyətində 44 oyun keçirib, 11 qola imza atıb.

Xəbər xətti