Azərbaycan millisi Slovakiyaya qalib gəldi - YENİLƏNİB

22:22 - 6 Sentyabr 2019

Bu gün Azərbaycan U-21 millisi Avropa çempionatının seçmə mərhələsində növbəti oyununa çıxıb.

 

Sportal.az xəbər verir ki, Milan Obradoviçin rəhbərlik etdiyi kollektiv Bakıda Slovakiyanı qəbul edib. “Dalğa Arena”da keçiriləcək qarşılaşma Azərbaycan millisinin 2:1 hesablı qələbəsi ilə başa çatıb.

 

Qrupun ilk oyununda Lixtenşteynə uduzan (0:1) yığma növbəti matçı sentyabrın 10-da "Dalğa Arena"da Gürcüstana qarşı olacaq.

 

Avropa çempionatı
Seçmə mərhələ
II tur

6 sentyabr (cümə)

 

20:30. Azərbaycan - Slovakiya - 2:1

Qollar: Barış Ekincier, 7, 90+2 - Lubomir Tupta, 82
Baş hakim: Deyan Yakimovski (Şimali Makedoniya)
Bakı. "Dalğa Arena"

 

Azərbaycan (4-2-3-1): 12. Kamran İbrahimov, 2. Amin Seydiyev, 3. Turan Manafov, 4. Hüseyn Seyliğli, 5. Nihad Tamazov, 6. Hacıağa Hacıyev (k), 10. İsmayıl İbrahimli, 11. Şakir Seyidov, 16. Doğukan Öksüz, 17. Fərid Nəbiyev, 21. Barış Ekincier;

 

Ehriyat oyunçular: 1. Şahin Zəkiyev, 7. Nicat Süleymanov, 8. Rafael Məhərrəmli, 9. Rövlan Muradov, 13. Murad Qayalı, 14. Elvin Cəfərquliyev, 15. Ege Atlam, 19. Tural Bayramlı, 23. Musa Qurbanlı;

 

Baş məşqçi: Milan Obradoviç.

 

Slovakiya (4-3-3): 1. Martin Vantruba, 4. Kristian Vallo, 6. Martin Şulek, 7. Mixal Tomiç, Martin Bednar, 10. Kristian Herts (k), 11. Lubomir Tupta, 13. Matey Oravets, 15. David Sterelets, 19. Peter Kolesar, 21. Branislav Sluka;

 

Ehtiyat oyunçular: 23. Frederik Valax, 2. Adam Kopas, 3. Dominik Şpiriak, 9. Martin Adamets, 14. Yan Yan Bernat, 17. Martin Koval, 18. İvan Meşik, 20. Yakub Svets, 22. Ladislav Almasi;

 

Baş məşqçi: Adrian Qula.

 

 

Xəbər xətti