Aqil Nəbiyev: "11 il əvvəlki millimiz daha keyfiyyətli idi" - MÜSAHİBƏ

14:53 - 6 Sentyabr 2019

Azərbaycan millisinin sabiq müdafiəçisi Aqil Nəbiyev Sportal.az saytına müsahibə verib.
 
37 yaşlı veteran futbolçu Azərbaycan millisinin bu gün AÇ-2020-nin seçmə mərhələsində Uelslə səfər görüşü barədə fikirlərini bölüşüb:
 
- Təbii ki, çətin səfər görüşü olacaq. Uelsli futbolçuların çoxu İngiltərə Premyer Liqasında oynayır. Demirəm ki, komandamız orada qalib gələ bilər, amma futbolda hər şey mümkündür. Ən azı heç-heçə etsək, bizim üçün yaxşı nəticə sayıla bilər. Ən azından komanda mübarizə aparmalıdır. Evdəki son oyunlarda komandamız yaxşı mübarizə aparmadı və uduzdu. Səfərdəki oyunda düzgün müdafiə olunmaq, aqressiv, ağıllı, və əks-hücumlarda oynamaq lazımdır. Rəqibin heyətində texnikalı və təcrübəli futbolçular var. Ən çox standart vəziyyətlərdən istifadə edəcəklər. Qapalı oynamaq lazımdır, açıq futbol oynamaq olmaz.
 
- Millinin heyətində Uelsə qarşı 11 il öncə oynamışdınız. Həmin qarşılaşmaları necə xatırlayırsınız?
- Həmin oyunlarda heç də pis aparmamışdıq. Səfərdə pis oynamırdıq, son dəqiqələrdə qapımızda qol gördük. Evdəki oyunda da pis oynamadıq. Sürətli və texnikalı oyunçuları var. Oyunçuları İngiltərə Premyer Liqasında oynayır. Mənə görə, Premyer Liqa dünyanın bir nömrəli çempionatıdır. O çempionatdakı futbolçuların bacarığı hamıya məlumdur. Səfərdəki oyunda qapalı oynayıb, rəqiqi əks-hücumlarda tutmağı planlaşdırırdıq. Ancaq öz qapımızda qol gördük. Bu gün aqressiv və qapalı oynamaq lazımdır. Çalışmaq lazımdır ki, rəqibə standart vəziyyətlər verməyək. Bu, onların ən üstün tərəfidir.
 
Image result for agil nabiyev wales
 
- 11 il əvvəki Azərbaycan millisi güclüdür, yoxsa indiki?
- Futbol getdikcə inkişaf edir, sürətlənir. Mən düşünürəm ki, həmin dövrdəki futbolçuların keyfiyyəti indikindən daha yaxşıdır. Həmin ərəfələrdə klubların sayı çox idi. Çempionatımızda rəqabət daha güclü idi. 6-7 klub çempionluq uğrunda mübarizə aparırdı. İndi isə 8 klub var və 2 komanda çempionluq üçün yarışır. Rəqabət əvvəl daha güclü idi. Futbolçularımız bu gün səfər hiss etmir. Futbol azarkeş üçün oynanılır. Kütlə qarşısında çıxanda komandada təzyiq yaranır, çaşqınlıq olur. Əvvəlki milli komandamızın daha keyfiyyətli olduğunu düşünürəm. Ancaq bu gün hər şey görünəcək. Rəqibdən xal almaq lazımdır. İnanıram ki, xeyirli nəticə olar. Milli komanda hamımızındır. Hər birimiz yığmaya dəstək olmalıyıq.
 
- Milli üzvləri Qaret Beylin qarşını kəsməyi bacaracaq?
- İspaniya çempionatı yeni start götürüb. İlk turların oyunlarını izləməmişəm. Beylin necə formada olduğunu bilmirəm. Bizə qarşı oynayanda hələ gənc vaxtları idi, aqressiv oynayırdı. İndi isə təcrübəli futbolçu olub. Ona qarşı Cavid Hüseynov oynayırdı və pis mübarizə aparmamışdı. Çox sürətli və texnikalıdır. Rəqibə imkan vermək olmaz. Daha yaxın oynamaq lazımdır.
 
- Proqnozunuz nədir?
- Komandamızın bu gün yaxşı mübarizə aparacağını düşünürəm. Ən yaxşı halda heç-heçə edə bilərik.

Xəbər xətti