Milli komanda Rumıniyaya qalib gəldi

18:07 - 6 Sentyabr 2019

Çimərlik futbolu üzrə Azərbaycan milli komandası Portuqaliyanın Fiqeyra şəhərində təşkil olunan Avropa Super finalında (European Beach Soccer League) növbəti oyununu keçirib.

 

Sportal.az xəbər verir ki, Rumıniya yığması ilə qarşılaşan milli 2:1 hesabı ilə qələbə qazanıb. Millinin qollarını Sabir Allahquliyev və Amid Nəzərov vurub.


Komanda sabah Çexiya yığması ilə qarşılaşacaq. 

Xəbər xətti