Adrian Qula: "Futbolçular oyuna heç cür köklənə bilmədi"

23:19 - 6 Sentyabr 2019

21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsi çərçivəsində Azərbaycan millisi Slovakiyaya 2:1 hesabı ilə qalib gəlib. 

 

Sportal.az xəbər verir ki, oyunundan sonra Slovakiya millisinin serbiyalı baş məşqçisi Adrian Qula məğlubiyyəti şərh edib:

 

“Rəqib komandanı və məşqçi heyətini qələbə münasibəti ilə təbrik edirəm. Azərbaycan yığması çox yaxşı və intizamlı oynadı. Bizim futbolçular isə əksinə, qarşılaşmaya heç cür köklənə bilmədilər. Görüşün son dəqiqələri isə bizim üçün uğursuz alındı. Rəqibin vurduğu ikinci qolda taktiki səhvə yol verdik. Seçmə mərhələdə ilk oyunumuzdu. Bu qarşılaşmanı unutmalı, növbəti görüşlərə köklənməliyik”.

 

Xəbər xətti