"Qarabağ" Avropada sosial şəbəkələrdə ən aktiv klub oldu - FOTO

UEFA Çempionlar Liqası və Avropa Liqasının qrup mərhələsində iştirak edəcək klubların sosial şəbəkələrdəki səhifələrində ən aktiv azarkeşləri olan klubları açıqlayıb.

 

Sportal.az xəbər verir ki, Azərbaycanı Avropa Liqasında təmsil edən “Qarabağ” klubu fəallığına görə qitə klublarını qabaqlayıb. İzləyicilərin orta fəallıq göstərici 29,9-a bərabərdir. Fəallığa görə ikinci yerdə Serbiyanın "Srvena Zvezda" klubudur. Hollandiyanın "Ayaks" klubu üçüncü sırada qərarlaşıb.

 

Sosial şəbəkələrdə ən çox izləyici İspaniyanın “Real” klubuna məxsusdur. Madridlilərin 222 milyon izləyicisi var. "Barselona" 213 milyon izləyiciyə sahibdir.

 

Göstəricilər 2018-ci ilin iyunundan bu ilin iyun ayına qədər “Facebook”, “Instagram”, “YouTube” və “Twitter”ə əsaslanıb.

 

Tarix: 12 Sentyabr [16:08]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
23 Oktyabr 2019
22  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio