"Tottenhem" Dibala üçün Erikseni də təklif edəcək

00:59 - 13 Sentyabr 2019

"Yuventus"dan Paulo Dibalanı transfer etmək istəyən "Tottenhem" danışıqları davam etdirir.ə

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, yayda argentinalı futbolçunu transfer edə bilməyən London təmsilçisi qış fasiləsində bu keçidi bitirmək istəyir. "Tottenhem" müqaviləni uzatmağa müsbət yanaşmayan Kristian Erikseni də bu transferdə istifadə etməyə çalışacaq.

 

"Yuventus" Eriksenin təklif edilməsi halında, bu keçidi düşünəcək.

 

"Yuventus" 25 yaşlı hücumçunu 2015-ci ildə "Palermo"dan 40 milyon avroya transfer edib.

Xəbər xətti