"Qarabağ" "Neftçi" kimi hərəkət etmədi: biletlərin qiyməti müəyyənləşdi

18:02 - 13 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının IV turunda "Qarabağ" "Neftçi"ni qəbul edəcək.

 

Sentyabrın 15-i Tofiq Bəhramov adına Respublika Stadionunda keçiriləcək qarşılaşmanın biletlərinin qiymətinin 51 manat olacağı ilə bağlı xəbərlər yayılsa da, yekunda rəsmi təsdiqini tapmayıb.

 

Sportal.az-a danışan klubun direktoru Əmrah Çelikel biletlərin qiymətinin artmayacağını bildirib: "Bilet söhbəti və azarkeşlərin stadiona gəlişinin qarşısını almaqla gündəmə gəlmək istəmirik. Futbol azarkeşlər üçün keçirilir. Nə qədər çox azarkeş gəlsə, Azərbaycan futbolu üçün müsbət haldır. Biletlərin qiyməti bir manatdan başlayır".

 

"Neftçi" rəhbərliyi ötən mövsümün son turunda "Qarabağ"la "Bakcell Arena"dakı oyunun biletlərini 50 manata qaldırmışdı. Lakin Ağdam klubu belə bir addım atmadı.

Xəbər xətti