Emenikenin yeni klubu müəyyənləşdi

18:05 - 16 Sentyabr 2019

Nigeriya millisinin sabiq hücumçusu Emmanuel Emenikenin yeni klubu müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, azad agent statusu daşıyan futbolçu karyerasını Belçikada davam etdirəcək. Uzun müddət futbolsuz qalan hücumçu II Liqa təmsilçisi "Vesterlo"ya transfer olub.

 

Emenike 2018-ci ilin yayında "Olimpiakos"dan ayrıldıqdan sonra klubsuz idi. 32 yaşlı forvard "Karabükspor", "Spartak", "Fənərbağça", "Əl-Əyn", "Vest Hem" kimi klublarda çıxış edib.

Xəbər xətti