"Qurban Qurbanov yerli Zidandır" - karyerasını başa vuran sabiq "Qarabağ"lı

11:45 - 17 Sentyabr 2019

"Qarabağ"ın sabiq futbolçusu Əlhərbi Əl-Jadeyui 33 yaşında karyerasını bitirib.

 

Sportal.az dna.fr saytına istinadən xəbər verir ki, Mərakeş əsilli fransalı vinger karyerasının ən yaxşı illərini yada salarkən "Qarabağ"ı xüsusi fərqləndirib:

 

"Bir çoxları Azərbaycanda nə edəcəyimi maraqla gözləyirdi, amma ən yaxşı seçim "Qarabağ" idi. Paltardəyişmə otağına gəlirsiniz, hər şey hazırdır. Hətta istifadə edəcəyim butsılar da hazır qoyulurdu. "Qarabağ" inkişaf etdiyim ən böyük klubdur. Baş məşqçimiz Qurban Qurbanov idi. O, yerli Zinəddin Zidandır. Stadionda yatıb-dururdu, ona görə də futbolu çox sevirdi. Taktiki və texniki cəhətdən mənə çox şey öyrədib. İnsanlar "Qarabağ"ın Avropa Liqası və Çempionlar Liqasında mütəmadi çıxış etməsini unudur".

 

Əl-Hərbi Fransanın "Brest", "Tur", "Şatoru", "Qenqam", "Anje", "Lans" və "Qrenobl" kimi klublarında çıxış edib. O, "Qarabağ"da 2015/16 mövsümündə oynayıb.

Xəbər xətti