Eskudero: "Qalib gəlmək üçün bütün gücümüzü ortaya qoyacağıq"

18:48 - 18 Sentyabr 2019

Avropa Liqasının qrup mərhələsinin ilk turunda sabah “Qarabağ”ın qonağı olacaq İspaniyanın “Sevilya” klubunuun futbolçusu Serxio Eskudero oyunöncəsi mətbuat konfransında jurnalistlərin suallarını cavablandırdı.

 

Sportal.az xəbər verir ki, 30 yaşlı müdafiəçi əvvəlcə görüş barədə fikirlərini bildirdi:

 

- “Qələbə qazanacağımıza ümid edirik. Qalib gəlmək üçün hazırlaşmışıq. Bunun üçün bütün gücümüzü ortaya qoyacağıq”.

 

- “Qarabağ”ın futbolçularından kimləri fərqləndirərdiniz?
- Biz qrup şəklində hazırlaşmışıq. Bütün diqqətimizi bunu üzərinə cəmləmişik.

 

- Ardıcıl 4-cü səfər qələbəsini qazanmaq çətin olmayacaq?
- Futbolda istənilən rəqiblə qarşılaşmaq asan deyil. Xüsusən də, səfər meydanında bu çox çətindi. Amma yenə də qələbə qazanmağa çalışacağıq.

Xəbər xətti