Sabiq "Keşlə"li möhtəşəm qolla "Olimpiakos"u məğlubiyyətdən xilas etdi - VİDEO

13:43 - 21 Sentyabr 2019

Kipr yüksək liqasında üçüncü tura start verilib.

 

Sportal.az xəbər verir ki, Nikosiyanın "Olimpiakos" klubu evdə AEK-lə qarşılaşıb və 0:2 hesabı ilə geri düşdüyü oyunda heç-heçə edib - 2:2.

 

Komandanın bərabərlik qoluna 70-ci dəqiqədə Conatan Ayite imza atıb. Ötən mövsümü "Keşlə"də keçirmiş 34 yaşlı toqolu forvardın akrobatik zərbə ilə vurduğu qol hesabda tarazlıq yaradıb.

 

"Səbail"dən "Olimpiakos"a keçən Bilal Həmdi və Dilan Duventru da qarşılaşmanın iştirakçıları olub. Bilal ilk qolun ötürməsini edib.

 

Kipr çempionatında mübarizə aparan "Qarabağ"ın Avropa Liqasındakı rəqibi APOEL sentyabrın 23-ü "Enosis"in qonağı olacaq.

 

Xəbər xətti