Ayxan Abbasov hisslərini cilovladı, Rəşadla qucaqlaşdı - VİDEO

20:30 - 21 Sentyabr 2019

Azərbaycan Premyer Liqasının V turu çərçivəsində keçirilmiş "Sumqayıt" - "Sabah" matçının (1:0) sonlarında gərgin anlar yaşanıb.

 

Sportal.az xəbər verir ki, oyunun sonlarında top meydanı tərk edərkən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasova tərəf gedib. Qonaqların yarımmüdafiəçisi Rəşad Eyubov topu ondan tez götürüb oyuna daxil etmək istəyərkən mübahisə yaşanıb.

 

Bu zaman Ayxan Abbasov hisslərinə hakim olmağı bacardı və meydana daxil olub Rəşadla qucaqlaşdı. O, bu addımı ilə vəziyyətin gərginləşməsinə imkan vermədi.

 

Xəbər xətti