Millinin sabiq üzvü intihar edib

21:55 - 25 Sentyabr 2019

Litva millisinin sabiq futbolçusu Arturas Rimkyaviçyusun meyiti tapılıb.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı sabiq hücumçunun intihar etdiyi ehtimalı var. Hadisə ilə bağlı araşdırmalar aparılır.

 

Latviya, Yunanıstan, Finlandiya və Bruneydə legioner həyatı yaşamış Rimkyaviçyus karyerasını 2016-cı ildə başa vurub. O, Litva millisində 7 oyuna 3 qol vurub. Zədələrə görə karyerasını başa vurmuş keçmiş futbolçu Litva çempionatında 205 matçda 117 dəfə qol vurmuşdu.

Xəbər xətti