FIFA futbolçuların icarəyə verilməsinə limit qoyur

12:49 - 26 Sentyabr 2019

FIFA 2020/2021 mövsümündə futbolçuların icarə məsələsinə limit qoyula bilər.

 

Sportal.az ali futbol qurumunun saytına istinadən xəbər verir ki, FIFA Tərəflər Komitəsi gələn mövsümdən klubların yaşı 22-dən çox olan yalnız 4 futbolçunu icarəyə götürə bilməsini təklif edib. Qərar qəbul edilsə, bir klub yaşı 22-dən çox olan yalnız 4 futbolçunu icarəyə vermək hüququna sahib olacaq.

 

FIFA Tərəflər Komitəsinin tövsiyəsi nəzərə alınsa, 2022/2023 mövsümündə bu say 3-ə enəcək.

 

Komitə bu qərarla futbolçuların icarəyə götürülməsini qazanc üçün yox, idman prinsiplərinə uyğun edilməsini istəyir.

 

FIFA Tərəflər Komitəsi futbolçuların başqa kluba keçidində böyük məbləğlər qazanan agentlərə də limit qoyulmasını istəyir. Təklifə əsasən, agentlər bir transferdən 10 faizdən çox pay götürməyəcək. Futbolçular isə maaşlarının 3 faizini agentlərə verəcək.

 

Komitə agentlərə çoxlu limit tətbiq edilməsi üçün geniş siyahı hazırlayıb.

 

FIFA Şurası oktyabrın 24-də qərarları müzakirə edəcək.

Xəbər xətti