“Mourinyo dedi ki, sənə 35 milyon vermişik, bu nə mənasız oyundur oynayırsan” - Essyenlə Bakıda reportaj

“Səbail”in yarımmüdafiəçisi Maykl Essyen Ukraynanın "Bombardir" youtube kanalına müsahibə verib.

 

Sportal.az xəbər verir ki, ukraynalı jurnalist Roman Bebex bu məqsədlə Bakıya səfər edib.

 

Müsahibədə "Səbail" klubunun rəsmisi Essyenin komandaya transferinin təsadüf nəticəsində alındığını deyib.

 

Videoda Bayıl qəsəbəsindən və Bakının mərkəzindən maraqlı kadrlar yer alıb. Həmçinin Essyenlə həmkarımız bazardan balıq və narşərab da alıblar. Məşhur futbolçu mürəbbə və turşuların da dadına baxıb.

 

Essyen “Çelsi”də çıxış etdiyi vaxt komandanın baş məşqçisi olmuş Joze Mourinyo ilə aralarındakı maraqlı dialoq haqda danışıb:

 

“Qana millisinin düşərgəsindən qayıtmışdım. “Vest Bromviç”lə oyunumuz vardı. Oyun saat 12.00-da başlayırdı. Start heyətdə idim və pis oynayırdıq. Fasilədə hamımız yorğun idik. Mourinyo mənə dedi ki, hər şey yaxşıdır? Dedim, belə də. Cavab verdi ki, onda özünü ələ al, sənə 35 milyon pul vermişik, bu nə mənasız oyundur oynayırsan".

 

Tarix: 26 Sentyabr [15:23]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
18 Oktyabr 2019
17  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio