"Barselona" 16 yaşlı ulduzunu itirdi

00:52 - 28 Sentyabr 2019

"Barselona"da daha bir itki baş verib.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, İspaniya La Liqasında "Xetafe" ilə oyun öncəsi məşqdə zədələnən Ansu Fati matçın iştirak ərizəsinə daxil edilməyib.

 

16 yaşlı vingerin hansı müddətə sıradan çıxdığı açıqlanmayıb.

 

Kataloniya klubunun heyətində Lionel Messi, Xordi Alba, Samuel Umtiti də zədədən əziyyət çəkir.

 

Fati bu mövsüm "Barselona"da 2 qol vurub, 1 assist edib.

 

Xəbər xətti