16 yaşlı ulduz İspaniya millisində

14:25 - 30 Sentyabr 2019

"Barselona"nın 16 yaşlı ulduzu Ansu Fati İspaniya millisinə dəvət alıb.

 

Sportal.az AS nəşrinə istinadən xəbər verir ki, yığmanın çalışdırıcısı Roberto Moreno gənc vingeri 40 nəfərlik geniş siyahıya əlavə edib.

 

Qvineya-Bisauda doğulan futbolçu İspaniya pasportunu alıb və bu ölkənin yığmasını seçib.

 

"Barselona"nın yetirməsi bu mövsüm La Liqada 5 oyuna 2 qol vurub, 1 assist edib.

Xəbər xətti