Divizion klubları cərimələndi

14:14 - 1 Oktyabr 2019

Bu gün AFFA İntizam Komitəsinin iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, iclasda I Divizionun son turu ilə bağlı aşağıdakı qərarlar qəbul edilib:

 

I divizionun V  turunun “Səbail-2” – “Zaqatala” matçında “Zaqatala” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I divizionun V  turunun “Qaradağ Lökbatan” – “Qarabağ-2” matçının 89-cu dəqiqəsində “Qarabağ-2” klubunun 45 №-li futbolçusu Rauf Hüseynli ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.

 

I divizionun V  turunun “Neftçi-2” – “Sabah-2 matçında “Sabah-2” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Xərək daşıyan uşaqların yaşlarının əsasnaməyə uyğun olmamasına görə (minumum 18 yaş) meydan sahibi klub 80 manat cərimə olunur.

 

I divizionun V  turunun “Kəpəz” – “Ağsu” matçında “Ağsu” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

I divizionun V  turunun MOİK – “Turan Tovuz” matçında “Turan Tovuz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 80 manat cərimə olunur.

 

Oyunun 85-ci dəqiqəsində MOİK klubunun 9 №-li futbolçusu Raul Yaqubzadə aqressiv davranışa görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 2 oyun cəzalanır, klub 160 manat cərimə olunur.

 

Oyunun 90+5-ci dəqiqəsində MOİK klubunun 98 №-li futbolçusu Ümid Şükürlü ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 20 manat cərimə olunur.

 

MOİK komandası oyunun video yazılışını aparmadığına görə klub 80 manat cərimə olunur.

 

MOİK klubu matçın protokolunu vaxtında tərtib etmədiyinə görə klub 80 manat cərimə olunur.

Xəbər xətti