"River Pleyt" "Boka Xuniors"u ilk oyunda məğlub etdi - VİDEO

11:11 - 2 Oktyabr 2019

Cənubi Amerikanın ən nüfuzlu klub turniri olan Kopa Libertadoresdə yarımfinal görüşləri keçirilir.

 

Sportal.az xəbər verir ki, "River Pleyt" "El Monumental"da "Boka Xuniors"u qəbul edib. Argentina təmsilçilərinin qarşılaşmasında meydan sahibləri 2:0 hesablı qələbə qazanıb.

 

"River Pleyt"i finala yaxınlaşdıran qolları 3-cü dəqiqədə Santos Berro, 70-ci dəqiqədə İqnasio Fernandes vurub.

 

Cütün cavab oyunu oktyabrın 23-ü "El Bombonero"da keçiriləcək.

 

Xəbər xətti