Şəhriyardan Teymura təbrik mesajı

Azərbaycanlı şahmatçı Şəhriyar Məmmədyarov Rusiyanın Xantı-Mansiysk şəhərində keçirilən Dünya Kuboku turnirinin qalibi olmuş həmkarı Teymur Rəcəbovu təbrik edib.

 

Sportal.az xəbər verir ki, Şəhriyar "Facebook" səhifəsində bu sözləri yazıb:

 

“Azərbaycanın kişi sahmatçılarının qazanmadığı cəmi 6 rəsmi nəticə qalıb: 1.kişilər arasında dünya çempionu; 2.iddiaçılar turnirinin qalibi; 3.blitz üzrə dünya çempionu 4.komanda üzrə dünya çempionatı; 5. Şahmat olimpiadası; 6. Şəxsi Avropa çempionu. Bu nəticələr olsa, Azərbaycan şahmatının zəif yeri olmayacaq.

 

Dünya kubokunu bu siyahıdan çıxartdığı üçün Timaya təşəkkürlər! Növbəti 1 il ərzində bu turnirlərdən 5-nin olacağına inanıram. Təbriklər!”.

Tarix: 5 Oktyabr [12:17]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio