Azərbaycanlı şərhçi Türkiyədə müzakirələrə səbəb oldu: "Fikrət Orman, paralar nerede?"

Avropa Liqasının qrup mərhələsinin II turunda "Beşiktaş"ın "Vulverhempton"a 0:1 hesabı ilə uduzduğu oyunu "Match TV" kanalında şərh edən azərbaycanlı Elvin Kərimovun "Fikret Orman paralar nerede?" sözləri gündəm olub.

 

Sportal.az xəbər verir ki, Kərimov bununla bağlı "Ajansspor"a açıqlama verib:

 

"Dəyərli futbolsevərlər, mən azərbaycanlıyam. Rusiyada yaşayıram, amma 2000-ci illən Türkiyə futbolunu izləyirəm və sevirəm. Bütün oyunları və proqramları izləyirəm. İdman portallarını da oxuyuram. Moskvada yaşayıram və "Match TV" kanalında şərhçi kimi fəaliyyət göstərirəm.

 

Bütün Türkiyə klublarının oyunlarını mən şərh edirəm. "Beşiktaş" - "Vulverhempton" matçında söylədim ki, yerli fanatlar "Fikret Orman paralar nerede?", - deyə şüar səsləndir. Sonra həmin cümləni rusca tərcümə etdim. Azarkeşlərin dediklərini tamaşaçıya çatdırdım. Mən bilməzdim ki dediklərim Türkiyədə gündəm olacaq.

 

Oyunun fasiləsində "Twitter"ə daxil oldum və gördüklərimə inanmadım. Mənə Türkiyədən mesajlar gəldi. İnsanlar mənim dediklərimi anlamadı. Mən baş verənləri çatdırdım. Mən Fikrət Ormandan pulun harda olduğunu soruşmurdum. Həmin cümləni işlədəndə insanlar şoka düşdü.

 

"Twitter"də bəzi insanlar Fatih Terimlə şəklimi görüb düşünür ki, "Qalatasaray"lıyam və "Beşiktaş"ı sevmirəm. Bu səbəbdən də canlı yayımda belə fikir səsləndirdiyimi düşünürlər. Bəli, "Qalatasaray" azarkeşiyəm, amma Avropada bütün Türkiyə klublarını dəstəkləyirəm. Türkiyə millisini sevirəm. "Beşiktaş" məğlub olanda buna üzüldüm.

 

Türkiyə futbolu mənim həyatımdır. Oktyabrda Trazbona "Trabzonspor" - "Krasnodar" matçını şərh etməyə gedəcəm. Türkiyə klublarına ürəkdən uğurlar arzu edirəm".

 

Fikrət Orman ötən günlərdə "Beşiktaş"ın prezidenti vəzifəsindən istefa verib.

 

Tarix: 7 Oktyabr [14:39]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
20 Oktyabr 2019
19  Oktyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio