Telefonu enerjiyə qoşmaq üçün VAR-ı cərəyandan ayırdı

11:37 - 9 Oktyabr 2019

Səudiyyə Ərəbistanı yüksək liqasında keçirilmiş "Əl-Nəsr" - "Əl-Fateh" oyununda maraqlı hadisə yaşanıb.

 

Sportal.az xəbər verir ki, stadion rəsmilərindən biri telefonu şarj etmək üçün VAR (Video assistant referee) elementlərindən birini cərəyandan ayırıb. Buna görə də VAR-ın fəaliyyəti dayanıb. Oyun ərzində mübahisəli epizodlara baxmaq mümkün olmayıb.

 

Qarşılaşmada "Əl-Nəsr" 1:0 hesablı qələbə qazanıb.

Xəbər xətti