"Qarabağ" Beqoviçin qurtarışlarını paylaşdı - VİDEO

"Qarabağ"ın media xidməti yayda İngiltərə Premyer Liqa təmsilçisi "Bornmut"dan icarəyə götürülən Asmir Beqoviçlə bağlı video paylaşıb.

 

Sportal.az xəbər verir ki, 32 yaşlı qapıçının Azərbaycan Premyer Liqasında keçirdiyi oyunlardakı performansından video hazırlanıb.

 

Videonun başlığına komandanın baş məşqçisi Qurban Qurbanovun "Sabah"la Premyer Liqanın 7-ci turundan sonra keçirilmiş mətbuat konfransındakı sözləri qeyd edilib. 47 yaşlı mütəxəssis təcrübəli qapıçının komandaya tez uyğunlaşdığını bildirmişdi: "Beqoviç kollektivə tez uyğunlaşdı. Pozitiv insandır, sanki bir neçə ildi burdadır. Heç düşünmürük ki, İngiltərədən gəlib, çox peşəkardır. Təbii ki, bizimlə daha uzun müddət qalmasını istəyərdik".

 

Bosniya və herseqovinalı qapıçı Premyer Liqada 4 oyun keçirib və qapısında 1 qol görüb.

 

Tarix: 10 Oktyabr [00:45]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
22 Noyabr 2019
21  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio