"Azərbaycana mütləq qalib gəlməliyik" - Macarıstan millisinin üzvü

12:35 - 11 Oktyabr 2019

Macarıstan millisinin müdafiəçisi Villi Orban AÇ-2020-nin seçmə mərhələsində səfərdə Xorvatiyaya 0:3 hesabı ilə məğlub olduqları matç barədə danışıb.

 

Sportal.az xəbər verir ki, "Leyptsiq"in 26 yaşlı futbolçusu axmaq səhvlər etdiklərini deyib:

 

"Bunu millidə ən ağır oyunum adlandırmazdım. Yaxşı planlarımız var idi, ancaq bir neçə axmaq səhvə yol verdik. İndi ən önəmlisi düzgün hazırlaşmaqdır. Azərbaycanla oyun çox vacibdir. Onlara mütləq qalib gəlməliyik".

 

Oktyabrın 13-də keçiriləcək Macarıstan - Azərbaycan matçı Bakı vaxtı ilə saat 20:00-da başlayacaq. 

Xəbər xətti