"Karyeram "Netflix" serialı kimidir" - braziliyalı futbolçu

17:14 - 11 Oktyabr 2019

Futbolçu karyerasını başa vuran Braziliya millisinin sabiq üzvü Mişel Bastos sosial şəbəkə hesabında açıqlama verib.

 

Sportal.az xəbər verir ki, 36 yaşlı vinger karyerasını başa vurmasından danışıb:

 

"Futbolun mənim üçün necə anlam daşıdığını açıqlamayacam. Vidalaşmaq zamanıdır. Həyatımın bir bölümü başa çatdı. Gələcəkdə yeni həyəcanlı günlər var. Atamı meydanda oynayan zaman izlədiyimdə onun kimi olmağı arzulayırdım. Tanrıya şükür olsun ki, daha çox işlər gördüm.

 

Karyeram "Netflix" serialı kimidir. Yaxşı olsa, bütün mövsümü izləyirsən. Etmək istədiyim bu idi. İnsanların sevgisini qazanmaq istəyirdim".

 

Bastos "Feyenoord", "Lill", "Lion", "Şalke", "Roma", "San-Paulu", "Palmeyra" kimi klublarda çıxış edib. O, Braziliya millisində 10 oyuna 1 qol vurub.

Xəbər xətti