"Jorjinyo bir gün İtaliyaya qayıtmaq istəyir"

13:13 - 14 Oktyabr 2019

"Çelsi"nin yarımmüdafiəçisi Jorjinyo İtaliyaya qayıda bilər.

 

Sportal.az xəbər verir ki, bu barədə İtaliya millisinin üzvünün agenti Joao Santos məlumat verib:

 

"Jorjinyo üçün möhtəşəm il keçir. Millidə və klubda əla çıxış edir. Penaltidən qollar da vurur. Ona görə çox sevinirəm. Futbolda hər şey mümkündür. Jorjinyo bir gün İtaliyaya qayıtmaq istəyir".

 

"Çelsi" Jorjinyonu 2018-ci ildə "Napoli"dən 57 milyon avroya transfer etmişdi. 27 yaşlı Braziliya əsilli yarımmüdafiəçi bu mövsüm 11 oyuna 2 qol vurub, 1 assist edib.

Xəbər xətti