Messi “Qızıl buts” mükafatını aldı

17:12 - 16 Oktyabr 2019

İspaniyanın “Barselona” klubunun kapitanı Lionel Messi “Qızıl buts” mükafatını alıb.

 

Sportal.az xəbər verir ki, ötən mövsüm 36 qol vuran futbolçu ardıcıl ikinci dəfə “Qızıl buts”a sahib olub.

 

32 yaşlı yaşlı hücumçu Avropa çempionatlarında ötən mövsümün ən yaxşı bombardiri olub. Argentinalı ulduz futbolçu 2018/2019 mövsümündə La Liqada 36 qol vurub. Messi ən yaxın izləyicisi olan Fransanın PSJ klubunun hücumçusu Kilian Mbappeni üç top geridə qoyub.

 

Messi karyerası ərzində altıncı dəfə "Qızıl buts"ı qazanıb. O, daha öncə 2009/10, 2011/12, 2012/13, 2016/17, 2017/18 mövsümlərində bu mükafata yiyələnib.

Xəbər xətti