Dmitri Nazarov: "Rəşad Sadıqovun rekordunu qırmaq istəyirəm"

12:32 - 17 Oktyabr 2019

Azərbaycan millisinin üzvü və Almaniyanın II Bundesliqa təmsilçisi "Aue"də oynayan Dmitri Nazarov açıqlama verib.

 

Sportal.az tag24.de saytına istinadən xəbər verir ki, 30 yaşlı yarımmüdafiəçi zarafatla milli komandada ən çox oyun keçirən futbolçu ünvanını ələ keçirmək istəyidini deyib:

 

"Yeddi il ərzində ilk dəfə milli komandaya yollanmadım. Buna səbəb cəzalı durumda olmağım idi. Yığmada 40 oyuna 8 qol vurmuşam. Rekord isə 111 oyunla Rəşad Sadıqova məxsusdur. Onun rekorduna çatmaq üçün hələ bir neçə il də oynamalıyam".

 

"Aue" ilə 2023-cü ilə qədər yeni müqavilə imzalayan Nazarov klubda qalmasının səbəbini açıqlayıb:

 

"Azərbaycandan özəl təkliflərim olub. Beynəlxalq oyunlar diqqətdə qalmağınızı təmin edir. Ancaq "Aue"də özümü dəyərli və yaxşı hiss edirəm. Buna görə də müqaviləmi uzatdım. Ötən mövsüm mənim üçün yaxşı keçməsə də, hər zaman klubun yanında olduğumu söylədim. Yeni baş məşqçimiz Dirk Şuster burda qalmağıma təsir etdi. Hər kəs hücumçuların arxasında özümü necə rahat hiss etdiyimi bilir. Orada inkişaf etdiyimi görürəm".

 

Dima bu mövsüm 9 oyuna 4 qol vurub.

Xəbər xətti