Qurban Qurbanovdan Araz Abdullayevlə bağlı qərar

“Qarabağ” Azərbaycan Premyer Liqasının 8-ci turunda “Qəbələ”nin qonağı olacaq.

 

Sportal.az xəbər verir ki, Ağdam klubu oyunun iştirak ərizəsinə Araz Abdullayevin adını daxil etməyib.

 

27 yaşlı yarımmüdafiəçi ötən gün bahalı idman avtomobilini sürətlə sürüb, etdiyi tryukları “Instagram”da paylaşıb. 

 

Arazın bu əməli mətbuatda xoş qarşılanmamışdı. 

 

Millinin üzvü onu tənqid edən azarkeşlərdən birinə bu cavabı yazmışdı: “Burda qəbahət yoxdur. Boş yoldur. 2-3 dəqiqəlik əyləncə üçün dostum çəkdi”.

 

Çoxlu tənqidlərdən sonra o, bu gün həmin paylaşımı silib.

 

Komandanın baş məşqçisi Qurban Qurbanov Abdullayevi “Qəbələ” ilə oyunun iştirak ərizəsinə daxil etməyib. Onun hansı müddətə əsas komandadan uzaqlaşdırıldığı bəlli deyil.

 

<iframe width="600" height="450" src="https://www.youtube.com/embed/RbR7qQSsf6E" frameborder="0" allow="accelerometer; autoplay; encrypted-media; gyroscope; picture-in-picture" allowfullscreen></iframe>

Tarix: 19 Oktyabr [16:00]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
14 Noyabr 2019
13  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio