“Bakıdakı atmosferi Kiprdə son iki ildə bir dəfə görmüşük” – APOEL rəsmisi

23:03 - 25 Oktyabr 2019

Kiprin APOEL klubunun ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri Nektarios Petevinos Avropa Liqasının qrup mərhələsinin üçüncü turunda “Qarabağ”la Bakıda 2:2 hesablı heç-heçə etdikləri oyundan sonra açıqlama verib.

 

Sportal.az 24sports.com.cy saytına istinadən xəbər verir ki, Nikosiya təmsilçisinin rəsmisi qarşılaşma barədə danışıb:

 

“Oyundan dərhal sonra hava limanına yollandıq. Səhər 05:00-da Kiprə çatdıq. Yorğun yolçuluq oldu. Ancaq təqvimimiz belədir və buna uyğunlaşmalıyıq. Bakıdakı nəticə bizim üçün önəmli idi. Ümidlərimizi saxladıq və şansları ayağımıza gətiririk. Müəyyən ssenarilər var, amma reallığı görməliyik. Bəziləri “Sevilya”nın APOEL-lə oyuna qədər növbəti mərhələyə vəsiqəni təmin edəcəyini düşünür. Gerçək budur ki, “Sevilya” növbəti mərhələyə yaxındır və son turda “Qarabağ”la oyuna laqeyd yanaşa bilər. Ssenariləri müzakirə etməyi xoşlamıram. Evdə “Düdelanj”a uduzmuşduq. Başqa məğlubiyyətə haqqımız yoxdur”.

 

Petevinos APOEL-in aparıcı üzvü Musa Əl-Tamarinin “Qarabağ”a qarşı oynamamasının səbəbini açıqlayıb:

 

“Oteldə komandanın toplantısına gec gəldi. Buna görə də cəzalandırıldı. Son zamanlar cəzalanmasının tək səbəbi bu deyil. Biz komandayıq və bir olmalıyıq”.

 

Klub rəsmisi Bakıdakı atmosferin Kiprdə yaşanmadığını sözlərinə əlavə edib:

 

“APOEL-dən gözləntilər hər zaman yüksək olub. Ardıcıl qələbələr qazanan yaxşı komandanın olmasını istəyirik. Həqiqət budur ki, hazırkı vəziyyətdən məmnun deyilik. Ancaq çempionatdakı nəticələrdən razıyıq. Ötən gün 30 min azarkeşin dəstəklədiyi stadionda çətin oyun keçirdik. Belə atmosferi Kiprdə son iki ildə cəmi bir dəfə görmüşük. Bunu ona görə deyirəm ki, azarkeşlər bizi istədiyimiz yerlərə apara bilər”.

 

Xəbər xətti