Mitroqlu həmyerlisinin dişlərini sındırdı - VİDEO

15:01 - 28 Oktyabr 2019

Hollandiya Erediviziyasının 11-ci turunda PSV evdə "Alkmaar"a 0:4 hesabı ilə uduzub.

 

Sportal.az xəbər verir ki, qarşılaşmanın 80-ci dəqiqəsində PSV-nin yunan hücumçusu Kostas Mitroqlu hava topunda dirsək zərbəsi ilə rəqib komandadakı həmyerlisi Pantelis Hacıdiakosun iki dişini sındırıb.

 

Qarşılaşmanın hakimi Mitroqlunu cəzalandırmayıb.

 

 

 

Xəbər xətti