Buffon gələcək karyerası ilə bağlı qərar verdi

15:15 - 29 Oktyabr 2019

"Yuventus"un qapıçısı Canluici Buffon karyerasını başa vurmaq fikrində deyil.

 

Sportal.az "Tuttosport"a istinadən xəbər verir ki, 41 yaşlı qapıçı 2021-ci ilin iyununa kimi komandada qalmaq istəyir.

 

Tərəflər arasında yeni müqavilə imzalanacağı gözlənilir.

 

Buffon 2001-ci ildə "Parma"dan "Yuventus"a keçib. 2018-ci ildə PSJ-yə gedən qolkiper ötən yay "Yuventus"a qayıtdı.

Xəbər xətti