Buffon Del Pyeroya çatdı

İtaliya A Seriyasının 10-cu turunda "Cenoa" ilə keçirilmiş oyun "Yuventus"un qapıçısı Canluici Buffon üçün əlamətdar olub.

 

Sportal.az klubun saytına istinadən xəbər verir ki, 41 yaşlı qapıçı Turin təmsilçisində 513-cü matçını keçirib. Təcrübəli qolkiper "Qoca sinyora"nın sabiq futbolçusu Alessandro Del Pyeronun rekordunu təkrarlayıb.

 

Buffon "Yuventus"da daha bir qarşılaşmaya çıxsa, klub tarixində ən çox keçirmiş futbolçu olacaq.

 

"Yuventus" "Cenoa"ya 2:1 hesabı ilə qalib gələrək, A Seriyada liderliyini davam etdirir.

Tarix: 31 Oktyabr [11:14]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
17 Noyabr 2019
16  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio