Yunis Hüseynov “Favorit”də: “İşlədiyim məşqçilər arasında ən pisi Vaqif Sadıqovdur” - VİDEO

Futbol mütəxəssisi Yunis Hüseynova "İdman" kanalında efirə gedən "Favorit" verilişinin qonağı olub.

 

Sportal.az xəbər verir ki, millinin və "Neftçi"nin formasını geyinmiş veteran futbolçu maraqlı fikirlər səsləndirib:

 

"Gördüyüm ən yaxşı məşqçi mərhum Ruslan Abdullayevdir. Onun haqda yalnız yaxşı sözlər demək mümkündür. Rəhbərliyi altında oynadığım ən pis məşqçi isə Vaqif Sadıqovdur. O, kor-koranə məşqlər keçirdi. Bunu mən çox sonralar özüm üçün dəqiqləşdirdim. Bilirsiz ki, bütün məşqçilik kateqoriyalarını Ukraynada oxumuşam. Özümüzə görə savadımız və təcrübəmiz var. Həmin kurslarda oxuyarkən çox şey öyrəndim. Analiz etdim ki, Vaqif Sadıqov vaxtilə bizə düzgün məşq keçmirdi. Sadıqov çox yerdə işləyib, amma heç yerdə nəticə qazana bilməyib".

 

 

 

 

 

 

 

 

Tarix: 1 Noyabr [16:16]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
12 Noyabr 2019
11  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio