Rövşən Babayev: "Bizdə bəxt amili çatmır"

21:21 - 3 Noyabr 2019

"Sabah"ın məşqçisi Rövşən Babayev Premyer Liqanın 10-cu turunda səfərdə "Qəbələ"yə 2:1 hesabı ilə qalib gəldikləri oyundan sonra mətbuat konfransında fikirlərini bölüşüb.

 

Sportal.az xəbər verir ki, o, əzmkar qələbəni şərh edib:

 

"Komanda adından bütün azarkeşlərə verdikləri dəstəyə görə təşəkkür edirəm. Futbolçulara da minnətdarıq. Çalışacağıq ki, daha da irəli gedək. Bizdə oyun təcrübəsi sarıdan korluq çəkən futbolçular var. Bununla belə, bacardıqları oyunu nümayiş etdirdilər. Bizdə bəxt amili hardasa çatmır. Əzmkar qələbə qazandıq. Çalışacağıq ki, bunu davam etdirək. Hakimliklə bağlı heç bir problemimiz, iradımız yoxdur. Emosiya oyunda olur".

Xəbər xətti