Azərbaycan derbisi ilə digər oyunların fərqi

10:10 - 4 Noyabr 2019

Azərbaycan Premyer Liqasının 10-cu turun oyunlarını izləmiş azarkeş sayı məlum olub.

 

Sportal.az xəbər verir ki, ən yüksək göstərici 8-ci km stadionunda qeydə alınıb. “Neftçi”nin “Qarabağ”la qolsuz heç-heçə razılaşdığı turun açılış oyununu 3 min azarkeş tribunadan izləyib.

 

Ən aşağı göstərici isə “Səbail” – “Keşlə” (0:0) görüşündə qeydə alınıb. “ASCO Arena”da cəmi 150 azarkeş olub.

 

Qəbələdə keçirilmiş “Qəbələ” – “Sabah” matçını (1:2) 350, Zirə İdman Kompleksinin stadionuda baş tutan “Zirə” – “Sumqayıt” görüşünü (2:2) isə 500 nəfər stadiondan izləyib.

 

Ümumilikdə turun 4 oyununda 4000 azarkeş olub. Bu da orta hesabla hər matçı 1000 nəfərin izləməsi deməkdir.

Xəbər xətti