Ten Haq “Bayern”dən imtina etdi

“Ayaks”ın çalışdırıcısı Erik ten Haq “Bayern”in baş məşqçisi təyin ediləcəyi barədə yayılan məlumatlara münasibət bildirib.

 

Sportal.az xəbər verir ki, niderlandlı mütəxəssis mövsümün sonuna qədər Amsterdam klubunda qalacağını deyib:

 

“Bayern” möhtəşəm klubdur. Bu klubun ürəyimdə ayrı yeri var. Ancaq indi “Ayaks”dayam və burdakı hədəflərə köklənmişəm. “Çelsi” ilə keçirəcəyimiz oyunu düşünürəm. “Bayern”dən təklif almadım. Mövsümün sonuna qədər “Ayaks”dayam”.

 

Erik ten Haq 2013-2015-ci illərdə “Bayern”in ikinci komandasını çalışdırıb. Niko Kovaçla yolları ayıran Münhen klubunun baş məşqçi postuna ten Haqı gətirəcəyi ilə bağlı iddialar var.

Tarix: 5 Noyabr [16:24]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio