"Azərbaycan vətəndaşlığından imtina etdim" - "Qarabağ"ın sabiq futbolçusu

Ukraynanın "Karpatı" klubunda çıxış edən "Qarabağ"ın sabiq futbolçusu Yaroslav Deda Azərbaycandakı karyerasından danışıb.

 

Sportal.az xəbər verir ki, klubun saytına danışan 20 yaşlı hücumçu Azərbaycan vətəndaşlığı təklifindən imtina etdiyini deyib:

 

"2017-ci ilin noyabrın vətəndaşlığımı dəyişmək üçün mənə müraciət edildi. Valideynlərimlə məsləhətləşəndən sonra imtina etməyə qərar verdim. Ukraynalıyam və yalnız öz ölkəm üçün oynamaq istəyirəm".

 

Deda "Qarabağ"a asan uyğunlaşdığını sözlərinə əlavə edib:

 

"Qarabağ"ın adını eşidəndə bir dəqiqə olsun düşünmədim, çünki Çempionlar Liqasında oynamaq perspektivi var idi. Azərbaycanda oynamaq mənə çox şey verdi. Orda tamamilə fərqli mentalitet var. Bizimkindən çox fərqlənir. İlk günlərdən mənim üçün problem olmadı və iki aya uyğunlaşdım. Özümü evdəki kimi hiss edirdim".

 

Ukraynalı futbolçu 2017/18 mövsümündə "Qarabağ"ın U-19 komandasında çıxış edib.

Tarix: 6 Noyabr [10:26]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
13 Noyabr 2019
12  Noyabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: [email protected] | site by Five studio