Nazarovun baş məşqçisi ilə yollar ayrıldı

00:59 - 7 Noyabr 2019

Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi Almaniyanın “Aue” klubu baş məşqçisi Daniel Meyeri istefaya göndərib.

 

Sportal.az xəbər verir ki, 40 yaşlı mütəxəssisin müqaviləsi qarşıqlıqlı razılaşma əsasında pozulub.

 

Almaniyalı mütəxəssis II Bundesliqa təmsilçisini 2018-ci ilin iyunundan çalıdşırırdı.

 

"Aue" çempionatın turnir cədvəlində 19 xalla 4-cüdür.

Xəbər xətti