Şenol Günəş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqladı

14:04 - 8 Noyabr 2019

Türkiyə millisinin çalışdırıcısı Şenol Günəş baş məşqçi karyerasını bitirəcəyi vaxtı açıqlayıb.

 

Sportal.az xəbər verir ki, 67 yaşlı mütəxəssis DÇ-2022-dən sonra məşqçi karyerasını bitirəcəyini bildirib:

 

"2002-ci ildəki dünya çempionatına 48 ildən sonra vəsiqə qazanmışdıq. İnanıram ki, 2022-ci ildəki mundiala qatıla biləcəyik. Bu turnir mənim üçün son olacaq. Mətbuatdakı jurnalist dostlara manşet xəbər olsun".

 

Türkiyə millisi Şenol Günəşin rəhbərliyi altında DÇ-2002-də 3-cü yeri tutmuşdu. 2022-ci il dünya çempionatı Qətərdə keçiriləcək.

Xəbər xətti