David Vilya karyerasını başa vurur

Yaponiyanın "Vissel Kobe" klubunda çıxış edən İspaniya millisinin sabiq hücumçusu David Vilya karyerasını başa vurmağa qərar verib.

 

Sportal.az xəbər verir ki,  37 yaşlı forvard 19 illik peşəkar karyerasına 2020-ci ilin yanvar ayında son qoyacağını bəyan edib. İspaniyalı futbolçu yanvarın 1-i “Vissel Kobe” ilə "İmperator kuboku"nu qazanmaq üçün son dəfə meydana çıxacağını açıqlayıb.

 

Vilya "Sportinq" (Xixon), "Saraqosa", "Valensiya", "Barselona", "Atletiko" və "Nyu-York Siti" kimi klublarda çıxış edib. O, İspaniya millisi ilə Avropa və dünya çempionu olub.

Tarix: 13 Noyabr [12:12]
Müəllif: Sportal.az
Digər xəbərlər
Xəbər xətti
11 Dekabr 2019
10  Dekabr 2017
© 2012 - 2019 Sportal.az Müəllif hüquqları qorunur. Məlumatdan istifadə etdikdə istinad mütləqdir. Əlaqə: s[email protected] | site by Five studio